Oktyabr 4, 2022

Biləsuvarda qaydaları pozan velosipedçilər cərmələndi

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılıblar.
Mövcud qaydaları pozan velosipedçilərlə profilaktik söhbətlər aparılıb və bu qaydada hərəkət etmələrinin həm özləri, həm də digərlərinin həyatı üçün təhlükəli olduğu onların diqqətinə çatdırılıb.
Qaydalara əməl etməyən velosipedçilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

Müxbir: turaz.org xüsusi müxbir Zöhrə Məmmədova

Mənbə:azertag.az
Həmçinin bax:https://kafkazh.com/arsax-toponiminin-menseyihttps://kafkazh.com/molla-nesreddin-ziyasi/

Translate »