Oktyabr 4, 2022
covid-19

Bişkekdə COVID-19-u öskürəklə aşkarlayan texnologiya təqdim olunub

 

Fövqəladə Hallar Nazirliyində COVID-19-u öskürək yolu ilə aşkarlaya bilən ən son texnologiya olan tənəffüs orqanlarının xəstəliklərinin differensial diaqnostika sisteminin “Akusteri”nin təqdimatı keçirilib.

Turaz.org bildirir ki, yeni təklif olunan sistemin işləmə qaydalarına görə, insan aparata öskürməlidir. Beləliklə, sistem müəyyən müddətdən sonra xəstəliyin olub-olmaması ilə bağlı nəticəni ekranda göstərəcək. Sistemi adi mobil telefona proqram kimi yükləmək kifayətdir. Bununla belə, hazırda sistem geniş ictimaiyyətin tam çıxışı üçün hazırlanır.

Tədbirdə fövqəladə hallar nazirinin müavini Aqilbəy Abduvalieviçin rəhbərliyi ilə Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin struktur, tabeli və ərazi bölmələrinin rəhbərləri iştirak ediblər.

Tərcümə:Günay Xankişiyeva

Translate »