Oktyabr 23, 2021

Bişkekdə Fransa-Alman Mədəniyyət İnstitutu açılacaq

Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Ulduz Bakaşova Fransanın Qırğız Respublikasındakı səfiri Fransua Delaus və Almaniyanın Qırğız Respublikasındakı səfirinin müavini David Westenfelder ilə görüşüb.

Turaz.org xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, xüsusilə Bişkekdə Fransa-Almaniya mədəniyyət institutunun yaradılmasını müzakirə ediblər.

Francois Delaus, Fransa və Almaniya hökumətlərinin Qırğızıstanda bir Fransız-Alman Mədəniyyət İnstitutunun yaradılması ilə bağlı qəbul etdiyi qərar haqqında məlumat verib. Oxşar qurumlar İtaliya, Braziliya və İraqda da yaradılacaq.

Bu institutun Bişkekdəki fəaliyyəti, dil kursları, birgə konsertlər, sərgilər, festivallar, konfranslar təşkil etməklə ölkələr arasında mədəni, təhsil, humanitar əlaqələri gücləndirməyə yönələcək.

Ulduz Bakaşova bu qərara və Qırğızıstan tərəfinin birgə mədəni və humanitar tədbirlərin keçirilməsinə yardım göstərmək istəyinə görə minnətdarlığını bildirib.

Nazirlər Kabineti başçısının müavini də Fransa və Almaniyada Qırğızıstan Günlərinin keçirilməsini təklif edib.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistanda-efqanistan-vetendaslarina-viza-verilmesine-muveqqeti-mehdudiyyetler-qoyulub
Həmçinin bax: tehsilim.org/ii-ve-iii-ixtisas-qrupu-uzre-ixtisas-secimi-edecek-abituriyentlerin-nezerine

Translate »