Oktyabr 21, 2021

Bişkekdə Qazaxıstanın arxeoloji əsərləri və təsviri sənət sərgisi açılıb

Qırğızıstanda Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində Bişkekdəki Qapar Aytiyev adına Qırğızıstan Milli Gözəl Sənətlər Muzeyində Qazaxıstanın arxeoloji əsərləri və təsviri sənət sərgisi açılıb.

Turaz.org xəbər verir ki, sərgidə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə Qazaxıstan Mərkəzi Dövlət Muzeyi və Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyinin eksponatları, böyük çöl sivilizasiyasının köçəri-yaradıcılarının mədəni ənənələrinin fərqli tərəflərini və aspektlərini əks etdirən nadir arxeoloji əsərlər nümayiş olunur.

Sərgi tamaşaçılarına ölkənin simvolizminin ayrılmaz hissəsinə çevrilən Qazaxıstan tarixinin ən məşhur arxeoloji kəşfi olan Qızıl Adam, Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyinin kolleksiyası, habelə Qazaxıstan rəssamlarının mənzərəli və heykəltəraşlıq əsərlərinin parlaq nümunələri təqdim olunur.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/tacikistanin-211-tarixi-eseri-tacik-sergisi-ucun-parise-gonderilib
Həmçinin bax: kafkazh.com/sefevi-dovletinin-suqutu

Translate »