Mart 25, 2023

Bişkekdə Qırğızıstan-Macarıstan aqrar-sənaye biznes forumu keçirilir

Bişkek “Kənd təsərrüfatı sahəsində Qırğızıstan-Macarıstan əməkdaşlığı” adlı Qırğızıstan-Macarıstan aqrar-sənaye biznes forumuna ev sahibliyi edir

 

Turaz.org xəbər verir ki, forumda çıxış edən Qırğızıstan İqtisadiyyat və Ticarət naziri Daniyar Amangəldiyev Qırğızıstan və Macarıstan arasında ikitərəfli münasibətlərin səviyyəsinin keyfiyyətcə genişlənməsi tendensiyalarını qeyd edib ki, bu da çox dinamik və intensiv xarakter daşıyır. O, xüsusilə, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm potensialın olduğunu qeyd edib.

Amangəldiyev, həmçinin ölkələr arasında etimadı və məqsədinin iki ölkənin müəssisələrinin fəaliyyətini stimullaşdırmaq olan İnkişaf Fondu çərçivəsində ikitərəfli əməkdaşlığı artırmaq niyyətini vurğulayıb.

Forumun məqsədi Macarıstan və Qırğızıstan şirkətləri arasında aqrar-sənaye kompleksi sahəsində işgüzar əlaqələrin qurulmasıdır.

Forumun proqramı arıçılıq, heyvandarlıq, toxumçuluq və kənd təsərrüfatı texnikası kimi bölmələrə bölünüb.

Forum zamanı iştirakçılara Macarıstan-Qırğızıstan İnkişaf Fondu, kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsi imkanları haqqında məlumat verilib.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/qirgizistan-prezidenti-irevandaki-ktmt-zirve-gorusunde-istirak-edecek/

Translate »