Noyabr 28, 2021

Bişkekdə yerli özünüidarəetmə orqanları rəhbərlərinin Respublika Şurası keçiriləcək

Bişkekdəki Satılqanov adına Milli Filarmoniya, yerli özünüidarəetmə orqanları rəhbərlərinin və kənd hökumətlərinin başçılarının Respublika Şurasına ev sahibliyi edir.

Turaz.org xəbər verir ki, Qırğızıstan Başçısı Sədir Cəfərov, Qırğızıstan Nazirlər Kabinetinin sədri, Qırğızıstan Prezident Aparatının rəhbəri Aqilbəy Cəfərov, prezidentlərin vilayətlərdəki nümayəndələri, şəhər bələdiyyə başçıları, bölgə başçıları, kənd hökumətlərinin (yerli özünüidarə orqanları) rəhbərləri və nümayəndələri Şuranın işində iştirak edir.

Tədbir, 25 oktyabrda qeyd olunan Qırğızıstan Yerli İcmalar Günü ərəfəsində təşkil edilir.

Beləliklə, Şura çərçivəsində ümumilikdə regional və milli inkişafın, yerli özünüidarəetmənin səmərəliliyinin artırılmasının, habelə yerli özünüidarəetmə orqanlarının keyfiyyətinin və peşəkarlığının əsas məsələləri müzakirə olunacaq.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/turkiye-cesusluq-ittihami-ile-ozbekistan-vetendasini-saxlayib
Həmçinin bax: kafkazh.com/dunyada-bas-veren-miqrasiya-prosesleri

Translate »