Oktyabr 24, 2021

Şəhidin başqa borcu ola bilməz. Texnomart mağazalar şəbəkəsi Vətən uğrunda Şəhid olmuş şəxslərin kredit borclarını silib. Bundan əlavə hazırda hərbi çağırış üzrə Vətənə şərəflə xidmət edən şəxslərin borcları isə dondurulub. Qeyd edək ki, bu Texnomart mağazalar şəbəkəsinin atdığı təqdirə layiq ilk addım deyil. Daha əvvəl şirkət pandemiya ilə bağlı aprel ayında da kredit ödənişlərinə bir aylıq fasilə verdiyini elan etmişdi.

Vətənin müdafiəsi uğrunda atılan addımlar təkcə bununla bitmir. Texnomart mağazalar şəbəkəsi əlavə olaraq aylıq dövriyyəsinin bir qismini Silahlı Qüvvələr yardım fonduna ianə edəcək. Biz birlikdə güclüyük!

Turaz.org xəbər verir ki, Texnomart mağazalar şəbəkəsi Türkiyənin məşhur markası olan Arçelik məhsulları ilə yanaşı, “Arnica”, “Supra” “Samsung”, “İndesit”, “Hotpoint”, HITACHI, “Bosch”, “Siemens”, “Tefal”, “Scarlett” və başqa dünya brendlərinin geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsulları və məişət avadanlıqların həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri ilə təklif edir. Bakıda 6, bölgələrdə isə 26 mağaza olmaqla geniş əraziyə yayılan Texnomart sərfəli satış şərtləri ilə müştərilərin xidmətindədir.

Translate »