Oktyabr 20, 2021

Bizans imperiyasının dövlət əhəmiyyətli sənədlərində türklər!

Ramin Əlizadə: Bizans imperiyasının dövlət əhəmiyyətli sənədlərində türklər İskit və ya Sak adlandırılıb.IV-V əsrlərdə Azərbaycan türk boyları Sasani fars imperiyasının zərdüştiliyi zorla yaymaq siyasətinə qarşı mübarizə

aparırdılar. V əsr müəllifi Yegişe Ərən adlı hun sərkərdəsinin Balasakanı özünə iqamətgah edən Sak hökmdarı ilə saziş bağlayaraq Sasani ordusuna qalib gəlməsindən, hətta qarətçi erməniləri Şərqi Anadoluya qədər

qovmasından bəhs edir.Turaz.org AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Arsak” toponiminin mənşəyi ilə bağlı təşkil etdiyi vebinarda AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib.O bildirib ki, Alban tarixçisi Gəncəli Kirakos “Tarix” adlı əsərində türk boylarının qədim

zamanlarda olduğu kimi, XI-XIII əsrlərdə də İskit adı ilə tanındığını qeyd edib.“Bizans imperiyasında IV-XV əsrlərdə yazılmış yüzlərlə tarixi əsərlərdə və dövlət əhəmiyyətli

sənədlərdə türklərin müxtəlif dövrlərdə Hun, Oğuz, Qıpçaq, Səlcuq, Osmanlı kimi endonimlərlə tanınmalarına baxmayaraq, bütövlükdə onların hamısı İskit və ya Sak adlandırılıb”, – deyə Ramin Əlizadə qeyd edib.

Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://turaz.org/ali-mektebe-qebul-olunanlarin-adlari-bu-gun-aciqlana-biler-qruplarda-veziyyet/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »