Dekabr 5, 2022

BMT Baş Assambleyası Qırğızıstanın təqdim etdiyi dağların inkişafı ilə bağlı sənədi özünün rəsmi sənədi elan edib

Qırğız Respublikasının Prezidenti Sədir Cəfərovun təşəbbüsü ilə 2022-ci il sentyabrın 19-da Nyu-Yorkda Dağların Dayanıqlı İnkişafı üzrə Yüksək Səviyyəli Görüş keçirilib.

 

Turaz.org Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, bu tədbir Qırğızıstanın təklifi ilə BMT Baş Assambleyası tərəfindən elan edilmiş cari Beynəlxalq Dayanıqlı Dağ İnkişafı ilinin ən mühüm hadisələrindən birinə çevrilib. İclasın yekunu olaraq Dağlı Ölkələrin Dostları Qrupuna daxil olan dövlətlər bəyanat qəbul ediblər. Qırğızıstanın xahişi ilə BMT Baş Assambleyası Dağların Dayanıqlı İnkişafı üzrə Yüksək Səviyyəli Görüşün yekun sənədini özünün rəsmi sənədi elan edib.

Müxbir: Aytac Cəfəriva

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/qazaxistan-2035-ci-ile-qeder-energetika-senayesi-ucun-yol-xeritesini-hazirlayacaq/

Translate »