Oktyabr 23, 2021

BMT Əfqanıstana humanitar yardım göstərmək üçün Özbəkistanda logistika mərkəzi yaradılır

“Yüksək qida ehtiyacları və tədarük zəncirlərinin daha da kəsiləcəyi proqnozlaşdırılaraq, Pakistan, Tacikistan və Özbəkistandakı strateji sərhəd nöqtələrində ərzaq və digər ehtiyatlar yerləşdirilib. Özbəkistanın Termiz şəhərində də 5000 kvadratmetrlik bir logistika mərkəzi qurulur” deyə WFP sözçüsü Tomson Phir bildirib

Turaz.org xəbər verir ki, WFP-nin rəhbərlik etdiyi Humanitar Hava Xidməti (UNHAS) hava əlaqəsinin sentyabrın 12-də açılmasından sonra Dünya Səhiyyə Təşkilatı adından tibbi ləvazimatlar gətirərək Kabilə üç karqo uçuşu həyata keçirib.

Bu, “humanitar yardım qrupları və çox ehtiyac duyulan yardım vasitələri, ölkənin bir çox yerində çarəsiz Əfqanlara” çatmağına imkan yaradıb.

Cenevrədə keçirilən konfransda, donor ölkələrin Əfqanıstanın ehtiyacları üçün 1 milyard dollardan çox vəsait ayırılacağı vədi qeyd edildi. Bu, BMT-nin tələb etdiyi məbləğdən təxminən iki dəfə çoxdur.

Taliban humanitar yardım əməliyyatları üçün şərait yaradacağına söz verib.

Tərcümə edən: Gülgün Novruzova

Həmçinin bax:https://turaz.org/rusiya-ozbekistandan-10-min-miqrant-iscini-sadelesdirilmis-qaydada-ise-goturecek/

Translate »