Oktyabr 5, 2022

BMT-nin Baş katibi turizm sektorundakı itkinin məbləğini açıqlayıb

BMT-nin Baş katibi pandemiya səbəbindən turizm sektorundakı itkinin məbləğini açıqlayıb

Koronavirus pandemiyası səbəbindən turizm sahəsində itki dünya üzrə təqribən 320 milyard dollar təşkil edib. Habelə 120 milyon iş yeri təhlükə altındadır.
Bunu BMT-nin Baş katibi Antonio Quterriş pandemiyanın turizm sektoruna təsiri barədə məruzəsinin təqdimatı ilə əlaqədar videomüraciətində söyləyib. O deyib: “Bu ilin ilk beş ayında beynəlxalq turizm səfərlərinin sayı iki dəfədən çox azaldı, turizm sektorunun itkiləri təqribən 320 milyard dollar oldu. Turizm sahəsində ümumilikdə 120 milyon iş yeri təhlükə altındadır”.
A.Quterriş vurğulayıb ki, turizm sektorunu bərpa etmək vacibdir. Lakin bu, insanların təhlükəsizliyi və ətraf mühitin qorunması nəzərə alınmaqla həyata keçirilməlidir.
Baş katib xəbərdarlıq edib ki, turizm sahəsi ekologiya nəzərə alınmadan bərpa edilərsə, nəqliyyatla bağlı zərərli tullantıların miqdarı yenidən kəskin şəkildə artacaq.
Mənbə:azertag.az
Müxbir:Aytac Cəfərova

Həmçinin bax : https://www.bbc.com/news/world-us-canada-53885239

Translate »