Fevral 8, 2023

BMT-nin baş katibi Ukraynaya səfər edəcək

BMT-nin baş katibi Antoniu Quterriş aprelin 28-də Ukraynaya səfər edəcək.

Turaz.org-un məlumatına görə, bu barədə baş katibin ofisindən açıqlama verilib.

Bildirilir ki, Quterriş Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək və prezident Volodimir Zelenski tərəfindən qəbul olunacaq.

O da vurğulanıb ki, baş katib Ukraynada fəaliyyət göstərən ümumdünya təşkilatının əməkdaşları ilə görüşəcək. Onlar ölkə əhalisinə humanitar yardımın genişlənməsini müzakirə edəcəklər.

Qeyd edək ki, daha əvvəl Antoniu Quterrişin aprelin 26-da Moskvaya səfərə yollanacağı və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi, eləcə də prezident Vladimir Putin tərəfindən qəbul olunacağı açıqlanıb.

Müxbir: Əzizə Əlizadə

Translate »