Noyabr 29, 2022

BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Katibi Özbəkistana səfər edib 

BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili Özbəkistana səfər edib.

 

Turaz.org bildirir ki, Baş Katib ölkədə olduğu müddətdə Səmərqənddə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 25-ci sessiyasının keçiriləcəyi obyektlərə baş çəkəcək. Səmərqənd beynəlxalq hava limanında xüsusi qonağı Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduhakimov qarşılayıb. Səfər zamanı Səmərqənd şəhərinin turizm mərkəzinə, “Boqiy Şəhər” kompleksinə və gələn il BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 25-ci sessiyasının keçiriləcəyi Konqres Zalına baş çəkmək planlaşdırılır. Pololikaşvili həmçinin “Konigil” turizm kəndinə və “İpək Yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universitetinə baş çəkəcək. Onun universitet tələbələri üçün mühazirə ilə çıxış edəcəyi gözlənilir. Səfər noyabrın 7-dək davam edəcək.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/turkmenistan-rusiya-ve-qazaxistan-muntezem-demir-yolu-dasimalarina-baslayacaq/

Translate »