Yanvar 26, 2022

BMT rəsmisi Azərbaycan Prezidentini təbrik edib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Turaz.org xəbər verir ki, mətndə deyilir:

“Zati-aliləri.

İcazə verin, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi adından Sizə 60 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırım.

Sizin rəhbərliyinizlə Azərbaycan həyatın bütün sahələrində tərəqqi əldə edib, ölkə əhalisinin rifahı yüksəlib.

Azərbaycan çoxtərəfli təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında çox fəal rol oynayır, multilateralizmə və ortaq məsuliyyətə möhkəm sadiqliyini nümayiş etdirir.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycanla həmişə çox gözəl əməkdaşlıq və tərəfdaşlıq münasibətləri olub. Gələn il biz BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünü qeyd edəcəyik və bu, tarixi hadisə olmaqla yanaşı, həmçinin kollektiv nailiyyətlərimiz, gələcək əməkdaşlıq perspektivləri haqqında düşünmək üçün gözəl fürsət olacaq. Biz Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycan hökumətinə dəstəyimizi davam etdirməyə ümidvarıq.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Müxbir: Əzizə Əlizadə

Translate »