BMT-də Rusiyanın işğalını pisləyən qətnamənin lehinə 141 dövlət səs verib. Onlardan 5 ölkə qətnamənin əleyhinə səs verib: Rusiya, Belarus, Suriya, Şimali Koreya, Eriteriya.
Turaz.org xəbər verir ki, 35 ölkə isə bitərəf qalıb: Ermənistan, Çin, Hindistan, Cənubi Afrika, Qazaxıstan, Pakistan, İran, İraq, Kuba, Mərkəzi Afrika, Nikaraqua, Əlcəzair, Banqladeş, Anqola, Boliviya, Burundi, El Salvador, Hindistan, Qırğızıstan, Mali, Madaqaskar, Monqolustan, Mozambik, Namibiya, Seneqal, Sudan, Cənubi Sudan, Şrilanka, Tacikistan, Uqanda, Ekvatorial Qvineya, Konqo, Zimbabve, Vyetnam, Tanzaniya və Laos.
Azərbaycan, Türkmənistan, Özbəkistan, Mərakeş, Toqo, Qvineya, Birkino Faso, Efiopiya və Venesuela təmsilçiləri isə iclasda iştirak etməyib.
Müxbir:Əzizə Əlizadə
Son Xəbərlər
Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıb
Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş başlayıb
Goranboyda qəza olub, xəsarət alanlar var