Oktyabr 19, 2021

BMU aliminin tərcümə etdiyi kitabın onlayn təqdimat mərasimi keçiriləcək.

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayevin rəhbərliyi ilə tərcümə olunan “Kimyəvi reaksiya mühəndisliyinin elementləri” (Elements of Chemical Reaction Engineering) kitabının onlayn təqdimat

mərasimi keçiriləcək.Turaz.org AzEdu.az-a istinadən xəbər verir ki, kitab BMU-nun “BP Azerbaijan” şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrdən biri kimi Y.Abdullayevin rəhbərliyi altında tərcümə edilib və Amerikanın məşhur Pearson

mətbəəsində Skot Foqler (Scott Fogler) müəllifliyində çapdan çıxıb. Nəşr kimya mühəndisləri üçün vacib dərslik kimi Amerika və Avropanın bir çox universitetlərində tədris edilir. Azərbaycanda kimya mühəndisliyi

sahəsində belə bir kitabın tərcüməsi ilk dəfədir ki, həyata keçirilir. Kitabın təqdimat mərasimi 24 sentyabr 2020-ci il tarixində saat 15:00-da Zoom platforması üzərindən təşkil ediləcək.

Qeyd edək ki, “BP Azerbaijan” şirkəti ilə BMU-nun bir sıra uğurlu layihələri mövcuddur və gələcəkdə də bu istiqamətdə əməkdaşlıqların davam etdirilməsi nəzərdə tutulur.

Mənbə:Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Həmçin bax:https://turaz.org/tkta-ve-pese-tehsili-uzre-dovlet-agentliyi-terefinden-telim-proqrami-heyata-kecirilib/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »