Dekabr 9, 2021

BNA: “Sərnişinlər avtobusların hərəkətini izləyəcəklər “

“Müntəzəm marşrut xətlərinin Vahid Dispetçer Mərkəzinə inteqrasiyası davam edir. Hazırda “Baku Bus”la yanaşı, özəl daşıyıcılara məxsus olan marşrut xətlərinin hərəkət qrafikini izləyə bilirik”.

Bu barədə Turaz.org Report-a istinadən məlumat verir.

Məlumata görə, əsas məqsədlərimizdən biri müntəzəm marşrut xətlərinin gündəlik hərəkət qrafiki üzrə əldə edilmiş məlumatların sərnişinlərlə bölüşdürülməsidir: “Bunun üçün müxtəlif alətlər, mobil tətbiqlər, internet portalları, dayanacaqda lövhələr vasitəsilə müntəzəm marşrut xətlərinin hərəkət qrafiki sərnişinlərimizlə bölüşüləcək. Bunun yaxın vaxtlarda həyata keçirilməsi nəzərdən keçirilir”.

M.Ağayevin sözlərinə görə, marşrut xətləri üzrə avtobuslar “Bakı Kart”a inteqrasiya edildikcə, eyni zamanda Vahid Dispetçer Mərkəzinə inteqrasiya edilir: “Vahid Dispetçer Mərkəzinə inteqrasiya olunduqda artıq biz orda olan marşrutlar üzrə gündəlik xəttə çıxan avtobusların sayı, həmin avtobusların real vaxt rejimində hərəkət vəziyyəti, harda olmaları, hansı intervalla, hansı sürətlə hərəkət etmələri, avtobusların dayanacaqda və dayanacaqdan kənar saxlanılması ilə bağlı bütün hərəkətlərlə bağlı məlumatlar əldə edirik”.

Müxbir: Əzizə Əlizadə

Translate »