Oktyabr 4, 2022

Bodrumda meşə yanğını

Muğlanın Bodrum rayonunda meşə və kolluqlarında yanğın baş verib.

Turaz.org yerli mediaya istinadan xəbər verir ki, yanğınsöndürənlər alovu söndürmək üçün havadan və qurudan müdaxilə etməyə başlayıb.

Bodrumun Bahçekaya səmtindəki Mumcular Anbarı yaxınlığındakı meşə və kolluqda saat 15:30 radələrində naməlum səbəbdən yanğın baş verib. Tüstünü görənlərin xəbər verməsi ilə bölgəyə 1 təyyarə, 3 helikopter, 21 suvaran, 7 su tankeri, 3 dozer və çoxlu sayda işçi göndərilib. Kənd təsərrüfatı sahələrinin yerləşdiyi bölgədə alovlara havadan və qurudan müdaxilə davam edir.

Müxbir və tərcümə: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/cetene-istixanasina-emeliyyat
Həmçinin bax: kafkazh.com/babek-ve-xurremiler-haqqinda-qaynaqlar

Translate »