Boksçularımız açıq havada məşqlərə başlayıblar. Milli komanda üzvlərinin ümumi və fiziki hazırlığının artırılmasına xüsusi diqqət yetirilir. Yığma komanda Heydər Əliyev Mərkəzinin ərazisində və Dənizkənarı Milli Parkda məşq keçib.
Bu sözləri Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov AZƏRTAC-a açıqlamasında bildirib.
O deyib ki, Operativ Qərargahın qapalı məkanlarla bağlı qərarından sonra komandalar öz bazalarında təlim-məşq toplanışına başlayacaqlar. Təbii ki, uzun müddət təlim-məşqlərin keçirilməməsi, yarışların olmaması idmançıların hazırlığına təsir göstərib. Boks Olimpiya idman növüdür və mütəmadi olaraq məşqlərin keçirilməsi vacibdir. Məşqçilər çalışırlar ki, boksçuların hazırlığını lazımi səviyyəyə qaldırsınlar.
Müxbir: turaz.org xüsusi müxbir Jalə Hüseynova
Mənbə: azertag.az
Həmçinin bax:https://kafkazh.com/biz-nece-xosbext-ola-bilerik/
https://azertag.az/xeber/Bokschularimiz_achiq_havada_mesqleri_davam_etdirirler-1565687
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ