Fevral 3, 2023

Bölgələrdə müəllim çatışmazlığının səbəbləri

“Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir” fikirlərinin müəllifi Heydər Əliyev, həqiqətən də, müəllimlik peşəsinin necə böyük, müqəddəs, saf, vicdanlı olduğunu diqqətə çatdırıb.

Bəs bütün şagirdlər, görəsən, elm, bilik sahəsində müəllimdən eyni dərəcədə faydalana bilirmi?

Şəhər və kənd məktəblərində olan təhsil prossesində xeyli fərqlər var. Rayon və kənd məktəblərində şəhərə nisbətən tədris aşağı səviyyədədir. Bunun bir çox səbəbləri var, lakin bizim işıqlandıracağımız məsələ müəllim qıtlığı ilə bağlı olacaq.

Bölgələrdə müəllim qıtlğı yaradan başlıca səbəb əmək haqqının aşağı olmasıdır. Müəllimlərin əksəriyyəti regionlarda, əsasən, kəndlərdə olan vakant yerlərə maraq göstərmirlər. Burada ilk baxışda müəllimlər qınanıla bilər. Ağır şərait, soyuq iqlim, xüsusən dağ kəndlərindəki çətinliklərə görə vakant yeri seçməyə bilərlər.

“Təhsil haqqında” qanuna görə, yalnız 60-a qədər bal toplayanlar şəhərdə işləmək şansı əldə edirlər. Əks halda, bölgə məktəblərinə getməlidirlər. Bu cür ayrıseçkilik salmaq qətiyyən düzgün deyil. Belə çıxır ki, nəticəsi yüksək olanlar savadlıdır və onlar şəhər məktəblərində çalışa bilərlər. Unutmayaq ki, bölgə məktəblərində təhsil alan şagirdlərin də tam hüququdur ki, dünyagörüşü yüksək, savadlı, uşaqlara düzgün istiqamət verən müəllimlərdən yüksək keyfiyyətli dərs alsınlar.

Təhlilçi: Reyhan Hacı

Turaz.org

Translate »