Oktyabr 5, 2022

Bolqarıstan qəzeti Paşinyanın BBC-nin proqramında rüsvay olması ilə bağlı məqalə dərc edib

Bolqarıstanın “Kircaali Haber” qəzeti Nikol Paşinyanın BBC-nin “HARDTalk” proqramında özünü rüsvay etməsi ilə bağlı məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə veriliş boyu məşhur teleaparıcı Stiven Sakurun obyektiv sualları qarşısında Paşinyanın aciz vəziyyətə düşdüyü qeyd edilib. Paşinyanın Ermənistana “yeni başlanğıclar” vəd etsə də, ölkədə köhnə problemlərin daha da böyüdüyü vurğulanıb. 2018-ci ilin məxmər inqilabından sonra Ermənistanın demokratiya, insan haqları, iqtisadi inkişaf, korrupsiya ilə mübarizə və məhkəmə islahatları sahələrində dünyanın ən sürətlə inkişaf edən ölkələrdən biri kimi tanınması barədə Paşinyanın absurd iddialarının aparıcının sərt və ardıcıl sualları ilə puça çıxdığı barədə oxuculara məlumat verilib.

Ermənistan hökumətinin koronavirusla mübarizə apara bilməməsi və ölkədə virusdan ölüm halının qonşu ölkələrdə qeydə alınmış ölüm sayı ilə müqayisədə daha yüksək olmasına dair suala Paşinyanın “pandemiya hələ də dünyada yayılmaqdadır”, – deyə cavabının vurma cədvəlini bilməyən uşağın cavabına bənzədilməsi də məqalədə əks olunub.

Paşinyanın sülh üçün yeni bir yol açacağını vəd etməsindən sonra Ermənistanın Azərbaycanla sərhəddə son hərbi təxribatları ilə bağlı sual baş naziri bir daha çətin vəziyyətə salıb. Məqalədə aparıcının Ermənistanın baş nazirinə müraciətlə “siyasətinizin sülh əldə edilməsinə yönəlməməsi” fikri, Xankəndiyə səfəri zamanı Paşinyanın səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi ilə bağlı daha sərt sual verməsi, BMT Baş Assambleyasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin tələblərinin Ermənistan tərəfindən pozulması ilə bağlı dedikləri də yer alıb.

Mənbə : azertag.az

Müxbir : TurAz.org xüsusi müxbiri Həziyeva Ülviyyə

Həmçinin bax : https://azertag.az/bolme/science_and_education

https://kafkazh.com/zenbur-jurnali/

Translate »