Böyük Britaniya Müdafiə Nazirlyi Ukraynadakı vəziyyətlə bağlı yeni kəşfiyyat məlumatını “Tweeter” sosial şəbəkəsində paylaşıb.
Turaz.org xəbər verir ki, burada qeyd edilir: “Putinin quru qoşunlarının əsas hissəsi Kiyevin 30 km şimalında yerləşir, onların irəliləməsi münaqişənin ilk vaxtlarından bəri Rusiyanın əsas hücum hədəfi olan Hostomel aerodromunu müdafiə edən Ukrayna qüvvələri tərəfindən ləngidilir.
Çerniqov və Xarkov şəhərləri ətrafında şiddətli döyüşlər davam edir, lakin hər iki şəhər Ukraynanın nəzarəti altındadır.
Maddi-texniki çatışmazlıqlar və Ukraynanın qatı müqaviməti Rusiyanın irəliləyişini ləngitməyə davam edir.
Rusiya xalqının münaqişə ilə bağlı təfərrüatları gizlətməsinə baxmayaraq, Rusiya Silahlı Qüvvələri ilk dəfədir ki, itkilər verdiyini açıqlayıb.”
Tərcümə etdi : Yusubova Nigar
Son Xəbərlər
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Azərbaycanın sənaye istehsalı 3 % artıb
Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb