Dekabr 9, 2021

Böyük qayıdış

Bu gün 8 noyabr qədim dövlətçilik ənənələrimizin davamı olaraq Dahi Öndərimiz Məhəmməd Əmin Rəsulzadənin öndərliyində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi və siyasi varisi olan Vətənimiz Azərbaycanda Qarabağımızın incisi qədim tarixi şəhərlərimizdən biri Şuşa şəhərinin düşmən işğalından azad edilməsilə bağlı Zəfər Günü qeyd edilir.

Biz hər birimiz qürur duyduğumuz Ordumuzda xidmət edərək canları qanları bahasına millətimizə hərbi zəfər bəxş etmiş əziz şəhidlərimizə, qazilərimizə belə cəsarətli övladlar yetişdirən analara, atalara bu qutlu yolda əlindən gələn köməyi edənlərə borcluyuq. Dövlətimizin varlığı vətənimizin azadlığı uğrunda canlarından qanlarından keçən xalqımıza zəfər qazandıran şəhidlərimizi daim sayqı və rəhmətlə anıram. Zəfər günümüz qutlu olsun.

Biz Azərbaycan xalqı olaraq illərdi bu günün həsrətini gözləyirdik. Azərbaycan tarixi asiya və avropanı birləşdirən qədim bir dövlət olduğundan bir çox dövlətlərin eləcədə biz türklərə məxsus Turan torpaqlarında özlərinə dövlət qurup ərazilərini genişləndirən farsların və rusların maraqları burda kəsişir. Hər 2 dövlət Azərbaycanı özünə tabe etdirmək istəyir. Çox təəssüf ki, Azərbaycanı 2 yerə parçalayaraq buna nail olmağa çalışıblar və qisməndə bacarıblar. Lakin 1918-ci ildə dahi Öndərimiz Məhəmməd Əmin Rəsulzadənin öndərliyində parçalanmış torpaqlarımızın əsasəndə rusların işğal etdiyi qüzey torpaqlarımızın bir hissəsində qurulan Azərbaycan Xalq Cümhuriyyəti bunların siyasi oyunlarına 1 nömrəli problem oldu.

İstər Rusiya, istərsə də İran yaxşı bilirdilər ki, bu dövlət güclənsə tarixi gücünü yenidən əldə etməli olacaq və işğalda qalan digər haqqı olan torpaqlarıda tələb edəcək. Odur ki,  bunun qarşısını almaqdan ötrü Çar Rusiyasının yerinə gələn Bolşevik Rusiyası öz işğalçılıq siyasətini yenidən davam etdirərək Cümhuriyyətimizi yenidən işğal etdilər. Bu illər ərzində isə tarixi torpaqlarımızda xalqımıza qarşı ağır soyqırımlar törədərək özlərinin siyasi işlərinə yarayan farslarla eyni qanı daşıyan elə onların və rusların dəstəyilə terrorçu Ermənistan dövlətini qurdular. Bununlada yetinməyib 70 il bolşevik Rusiyasının dəstəyilə Ermənistanın ərazisini genişləndirdilər. Burda isə əsas məqsəd o idi ki, 2 tarixi Türk dövləti olan Azərbaycan və Qazi Paşa Mustafa Kamal Atatürkün öndərliyində düşmən işğallarına son verilərək qurulan Qardaş Türkiyənin bir birlərinə olan bağını kəssinlər. Çünki tarix boyu bu 2 dövlət bir-birlərinə hər zaman istər iqtisadi, istərsə də siyasi olaraq dəstək vermişdir.

Rəsulzadənin özünün dediyi müdrik bir kəlamdakı kimi azadlıq yanğısını, istiqlal sevgisini məhv edə bilmədilər. Azadlıq hərəkatının nəticəsi olaraq şəhidlərimizin, qazilərimizin canları, qanları bahasına dövlətimiz yenidən müstəqillik qazandı. Rusiyanın dəstəyi ilə xalqımıza qarşı başda Xocalı Soyqırımı olmaqla ağır soyqırımlar törədərək ermənilər tərəfindən Qarabağımız işğal edildi. Bu yolla Dövlət müstəqilliyimizə təhlükə yaradıb bizi məhv etmək istəyirdilər. 30 illik işğala qarşı isə keçən il başladılan 44 gün davam edən Vətən müharibəsində qürur duyduğumuz ordumuzda xidmət edən cəsarətli vətən övladları tərəfindən düşmənə layiqli cavab verildi.

Xüsusəndə Qarabağımızın incisi sərt dağların əhatəsində yerləşən Şuşa şəhəri kimi strateji nöqtə olan yeri azad etmək çox çətindir. 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində çalışan 1990-cı ildə Qarabağda təşkil olunan xüsusi komitənin başçısı təyin olunan xəyanətdə ittiham olunan sonradan isə sui qəsd nəticəsində güllələnərək həyatını itirən Viktor Polyaniçkonun Şuşa şəhəri barədə bir sözü var idi: “Şuşa kimindirsə, Qarabağ onundur!”. Məhz qürur duyduğumuz ordumuzda xidmət edən vətən övladları Şuşanı düşmən işğalınan azad edərək dünyaya öz tarixi gücünü göstərdi və Qarabağın bizə aid olduğunu sübut elədi. Tarixdən anlayışı olanlar yaxşı bilirlər ki, bu müharibədə ordumuz süni dövlət Ermənistan ilə deyil onları maryanet oyuncağı kimi oynadan başda ruslar və farslara qarşı vuruşmuşdur.

Müharibənin ağrısını acısını yaşayan xalq olaraq isə görürdük ki, Gəncə, Bərdə və Tərtər kimi şəhərlərimiz bombalananda, orada sivil vətəndaşlarımız şəhid ediləndə başda din qardaşlığından danışan İran olmaqla dünya birliyi susurdu. Ali baş komandan Prezident İlham Əliyevə müsahibələr zamanı verilən qərəzli suallarda da bunu görürdük. Prezident isə özü onların cavabını layiqli şəkildə verirdi. Haqqlı olaraq düşmən işğalına qarşı apardığımız Vətən müharibəsində çox az sayda dövlət bizi dəstəkləyirdi. Onunda çoxsu eyni qan bağını daşıdıqlarımız idi. Bunlardan həmişəki kimi qardaş Türkiyə və qardaş Pakistan başda olmaqla Əfqanıstan, Ukrayna, Macarıstan və İsrail kimi dövlətləri misal çəkmək olar.

Araşdırmaçı yazar olaraq qeyd etmək istərdim ki, bu gün bayram olaraq qeyd edilsə də yaxşı olardıki tarixi Muğam və Xalq mahnılarımızdan başqa musiqi səslənməsin. Çünki neçə Oğullarımız oldu ki, toyunu görəmədən gənc yaşında aramızdan ayrıldı. Eləcədə mənim doğulub boya başa çatdığım 1-ci Qarabağ müharibəsindədə ən çox şəhidi və qazisi olan kəndlərdən biri Sabirabad rayonu Qəzli kəndinin nişanlı ikən Şəhid olan 2 bacının tək qardaşı hamımızın hörmətini qazanan əsl öyrətmən adına layiq elə o üzrədə işləyən ziyalı Vətənpərvər gənclərimizdən biri Elxan Rzayev kimi neçə oğullarımız aramızdan ayrıldı. Qarabağımızın işğalına qarşı aparılan Vətən müharibəsinin sonucu Zəfərə aparan 44 günlük müharibədə rəsmi 2914 nəfər hərbi qulluqçumuz Şəhid olub. Şəhid olduqları istiqamətlər üzrə göstəricilər belədir:
1. Füzuli – 813 nəfər
2. Ağdərə (Talış, Suqovuşan) – 644 nəfər
3. Xocavənd – 412 nəfər
4. Şuşa – 357 nəfər
5. Kəlbəcər (Murovdağ) – 236 nəfər
6. Qubadlı – 173 nəfər
7. Cəbrayıl – 155 nəfər
8. Laçın – 58 nəfər
9. Zəngilan – 37 nəfər
10. Ağdam – 29 nəfər
11.Ağcabədi – 2 nəfər
12.Bərdə -1 nəfər.

Biz xalq olaraq 44 gün Vətən müharibəsində necə bir olduqsa, bundan sonra ondan daha çox birlik göstərməliyik. Bizi qarşıda hələ tarixin çox sınaqları çox zəfərləri gözləyir. Çünki İrəvan, Mehri, Borçalı, Dərbən, Urmiya, Təbriz, Kərkük və Mosul kimi torpaqlarımızda hələdə 3 rəngli bayrağımız dalağalanmır. Növbəti zəfərimiz Bütöv Azərbaycana dorğu olmalıdır. Bu qutlu yolda mübarizə aparan hər bir şəxsə Uca Yaradan yardımçı olsun.

Araşdırmaçı yazar: Alim Nuriyev

Translate »