May 17, 2022

Braziliyada COVID-19-dan ölənlərin sayı 650 minə çatıb

Braziliyada COVID-19-dan ölənlərin sayı 650 minə çatıb.

Turaz.org KAZINFORM –a istinadən xəbər verir ki , ölkənin Səhiyyə naziri Xinhua çərşənbə günü Braziliyada son 24 saatda koronavirusdan 370 ölüm faktı qeydə alındığı və bununla ümumi ölənlərin sayı 650 minə çatdığını bildirib.

Eyni gündə 30995 yeni yoluxma faktı qeydə alınaraq, ümumi yoluxanların sayı 28,842,160-a çatıb. Ölkədə Covid-19 dan ölüm hallarının nisbəti hər 100 min insanda 309, yoluxma halı isə hər 100 mində 13725-dir.

Braziliya ABŞ-dan sonra COVID-19-dan ölənlərin sayına görə dünyada ikinci yerdədir. Cənubi Amerika kütləvi peyvəndlər sayəsində ötən ilin ikinci yarısında ölüm və yoluxma hallarını azaltmağı bacarmışdı, lakin Omicron variantının yayılması yeni artıma səbəb oldu.

Tərcümə etdi: Yusubova Nigar

Translate »