Dekabr 9, 2022

Braziliyada Yanvar ayında uşaqlara peyvənd edilməsinə başlanılacaq

Səhiyyə Nazirliyinin bazar ertəsi (27 dekabr) verdiyi məlumata əsasən, 5 yaşından 11 yaşa qədər uşaqların COVID-19-a qarşı peyvənd edilməsinə 2022-ci ilin yanvar ayında başlanmalıdır. Bu barədə Agencia Brasil məlumat yayıb.

Turaz.org xəbər verir ki, nazirlikdən verilən məlumata görə, onun bu yaş qrupunda olan uşaqlar arasında peyvənd olunmasının lehinə mövqeyi tövsiyə edildiyi halda, məsələ ilə bağlı ictimai müzakirələrin keçirilməsi qərarı yanvarın 5-də rəsmiləşdiriləcək.

“Səhiyyə Nazirliyinin 23 dekabrda dərc edilmiş və ictimaiyyətə açıqlanmış rəsmi mövqeyinə əsasən, Səhiyyə Nazirliyinin tövsiyəsi 5-11 yaş arası uşaqların COVID-19-a qarşı peyvənd üzrə Milli Plana daxil edilməsidir” ,- deyə mətndə qeyd edilir. Dekabrın 16-da Braziliya Səhiyyə Tənzimləmə Agentliyi Pfizer-BioNTech konsorsiumu tərəfindən istehsal olunan peyvəndin 5-11 yaş arası uşaqlarda istifadəsinə icazə verib. Nəticədə, müxalifət partiyaları yaş qrupunun dərhal immunizasiya proqramına daxil edilməsini məcbur etmək üçün Ali Məhkəməyə müraciət ediblər.

Nazir Rikardo Levandovski ərizəni təhlil edərək, hökumətin 5 yanvar tarixinə qədər qanuni prosesdə özünü göstərməsi lazım olduğunu təyin edib. Həkimlər peyvənddən yanadırlar. Braziliya Tibb Birliyi etdiyi şərhdə uşaqların peyvənd edilməsini müdafiə edib. Müəssisəyə görə, Anvisanın icazəsi digər yaş qrupları üçün eyni təhlükəsizlik və effektivlik meyarlarına uyğundur.

Bundan əlavə, bu tədbir virusun ötürülməsini azaldır, mətndə deyilir. “Uşaqların SARS-Cov-2 ilə əlaqəli Multisistemli İltihabi Sindromdan da təsirlənə biləcəyini vurğulayırıq. Buna görə də, peyvənd əzabları, xəstəxanaya yerləşdirmələri və ölümləri azaltmaq üçün vacibdir”, – deyə Braziliya Tibb Birliyi bəyan edib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qazaxistan-ve-rusiya-prezidentlerinin-gorusu-olub
Həmçinin bax: kafkazh.com/azerbaycan-sefevi-dovleti-l-sah-abbasin-hakimiyyeti-illerinde

Translate »