Oktyabr 4, 2022

Britaniya Belarusla bağlı: “Seçkinin nəticəsini qəbul etmirik”

Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkisinin nəticələrini tanımır. 

Ölkənin xarici işlər naziri Dominic Raab bazar günü bildirib ki, Britaniya bu nəticələri qəbul etmir, Reuters xəbər verir. 

O, Belarusda Aleksandr Lukaşenkonun yenidən seçilməsini “saxta” adlandırıb və bildirib ki, beynəlxalq partnyorları ilə buna cavabdeh olan şəxsləri məsuliyyətə cəlb etmək üçün sanksiyalar üzərində işləyəcəklər. 

“Bütün dünya Belarus hakimiyyətinin dinc aksiyaçılara göstərdiyi təzyiqi dəhşət içində izlədi”, – Dominic Raab bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəqibi Svetlana Tixanovskaya yeni seçkilər ərəfəsində “milli lider” olmağa hazırdı.

O bu barədə videomüraciət yayıb.

“Mənim əziz və sevimli belaruslularım! Biz hamımız və ölkəmiz tarixin alçaqlığın qəhrəmanlıqla, ümidsizliyin cəsarətlə, sevginin isə xəyanətlə həmsərhəd olduğu çox çətin dövrünü keçirik,” – Tixanovskayanın müraciəti bu sözlərlə başlayır.

O, çıxışında etirazlar zamanı ölən şəxslər barədə danışıb və “sizinlə bir ağlayıram” deyib. Tixanovskaya ölənlərin ailələrini dəstəkləməyi, onların şərəfinə küçələrə ad verilməsini təklif edir.

Bundan sonra Tixanovskaya nə üçün “milli lider” olmalı olduğunun səbəblərindən danışır:

“Mənim siyasi karyeram haqqında illüziyalarım olmayıb və yoxdur. Mən siyasətçi olmaq istəmirdim. Lakin tale elə gətirdi ki, mən özbaşınalıq və haqsızlığa qarşı olan qarşıdurmalarda ön cəbhədə yer aldım. Tale və siz. Mənə inanan siz, mənə güc verən siz… Sizin cəsarətinizə heyranam…”

Svetlana Tixanovskaya müraciətində deyir ki, “biz hamımız 26 idir davam edən sonsuz dairədən çıxmaq istəyirik”.

“Mən ölkənin sakitləşməsi və normal ritmə qayıtması üçün məsuliyyəti öz üzərimə götürməyə və bu dövrdə milli lider kimi çıxış etməyə hazıram. Onun üçün ki, biz bütün siyasi məhbusları azad edək və ən qısa müddətdə yeni prezident seçkilərinin təşkili üçün qanunverici baza və şərait təşkil edək,” – o deyib.

ŞƏKLİN MƏNBƏYİ, EPA

Belarusda polis tərəfindən saxlanmış bir etirazçı ölüb. Daha bir etirazçı isə bazar günü keçirilmiş mübahisəli prezident seçkisindən sonra baş vermiş polislə toqquşmalarda ölmüşdü.

Rəsmilər Gomeldə 25 yaşlı şəxsin ölüm səbəbinin bəlli olmadığını bildirirlər. Onun anası oğlunun ürəyində problem olduğunu və saatlarla polis mikroavtobusunda saxlanıldığını açıqlayıb.

Brestdə polis “hücumlara məruz qaldığı üçün rezin güllədən” istifadə edildiyini bildirib.

Etirazların dördüncü gecə davam etməsindən sonra BMT rəsmiləri zorakılıq tətbiq edilməsini qınayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Michelle Bachelet polis işçilərinin həddindən artıq güc tətbiq etdiklərini, rezin güllələr və su topları atdıqlarını, üstəlik qumbaralardan istifadə etdiklərini deyib.

“Hesabatlar son üç gündə təqribən 6000 nəfərin, o cümlədən hadisə yerinə gələn, lakin etirazlarda iştirak etməyənlərin, habelə yetkinlik yaşına çatmayanların da saxlandığını, kütləvi həbslərin aparılması tendensiyası beynəlxalq insan hüquqları standartlarının açıq şəkildə pozulmasını göstərir,” – Michelle Bachelet bəyan edib.

BMT rəsmisi “həbslər zamanı və sonrasında edilən pis rəftarlar barədə xəbərlər daha da narahatedicidir” deyərək qanunsuz həbs olunanların hamısının sərbəst buraxılmasını istəyib.

Dövlət televiziyasında bəzi qançır edilmiş məhbusların sıraya düzüldüyü, “inqilab etmək” üçün davam etmək istəyib-istəmədiklərinin soruşulduğu səhnələri göstərilib.Etirazlarda ən azı 200 etirazçının yaralandığı bildirilir,onlardan bəzilərinin vəziyyəti ağırdır.

Mənbə:bbc.com/azeri

Müxbir: TurAz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax :https://kafkazh.com/molla-nesreddin-ziyasi/

https://tehsilim.org/emin-emrullayev-tehsilin-adi-qaydada-davam-etmesi-riskler-yarada-biler/

Translate »