May 23, 2022

Britaniya Rusiyaya qarşı yeni sanksiya tətbiq edib

 

 

Böyük Britaniya Rusiyaya qarşı yeni aviasiya sanksiyası tətbiq edib.

Turaz.org UNİAN-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“Bu gün Britaniya öz hava səmasında istənilən Rusiya təyyarəsini saxlamağa imkan verən yeni sanksiyalar qəbul edib”, – o bildirib.

Eyni zamanda, vurğulanıb ki, bu qərar Rusiya ilə əlaqədə olan fiziki və hüquqi şəxslər də aiddir.

Britaniyanın nəqliyyat naziri Qrant Şapps qeyd edib ki, artıq ilk rus təyyarəsi saxlanılıb: “İndi təyyarənin əsas sahibinin kim olduğu ilə bağlı araşdırma aparılacaq”.

Müxbir: Əzizə Əlizadə

Translate »