May 17, 2022

Britaniya səfiri Azərbaycana təşəkkür edib

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Azərbaycana təşəkkürünü bildirib.

Turaz.org xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Prezident İlham Əliyevlə vacib müzakirələrimiz oldu. Biz Azərbaycanın Ukraynaya göstərdiyi mühüm humanitar yardıma görə minnətdardıq. Münaqişənin sülh yolu ilə həllinin zəruriliyi barədə razılığa gəldik. Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırmalıdır”, – diplomat bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/gurcustan-qara-denizde-tebii-qaz-axtaracaq
Həmçinin bax: tehsilim.org/dovlet-imtahan-merkezinde-2022-ci-il-martin-26-da-toefl-ibt-imtahani-kecirilib

Translate »