İyul 1, 2022

Brüsseldə İlham Əliyevlə Şarl Mişel arasında rəsmi görüşöncəsi səmimi söhbət olub

Mayın 22-də Brüsselə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşü diqqət çəkib.

Turaz.org xəbər verir ki, rəsmi təkbətək görüşdən əlavə, ayaqüstü səmimi söhbət də olub.

Rəsmi görüşöncəsi söhbət zamanı liderlərin bir-biri ilə səmimi münasibətləri görüşdə iştirak edən media nümayəndələrinin diqqətindən qaçmayıb.

İkili cari məsələlərin müzakirəsi ilə yanaşı Avropa İttifaqı ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin inkişafı barəsində də söhbətləşiblər.

Qeyd edək ki, son dövrlərdə Avropada Azərbaycana olan maraq daha da artıb.

Belə ki, Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşdirilməsi hər iki tərəfin maraqlarına tam uyğundur.

Aİ Azərbaycanın regionda və qlobal miqyasda gedən proseslərdə iştirakını, bu proseslərə verdiyi töhfələri görür və bütün bunları düzgün dəyərləndirir. Ən əsası, bu təşkilat Prezident İlham Əliyevin regionda yaratdığı yeni reallıqları tam bölüşür.

Müxbir: Əzizə Əlizadə

Translate »