Bu dükana gələnlər əliboş çıxırlar: “Tapa bilmədim çarşı”sı…
Gümüşhanənin mərkəzində Atatürk küçəsində yerləşən “ Tapa bilmədim çarşı”sı adlanan mağaza Halil İbrahim Cahit Ərdoğana atasından miras qalıb. 80 yaşlı Halil İbrahim Cahit Ərdoğan atasının xatirəsini yaşatmaq üçün onun ölümündən sonra mağazada heç bir məhsulu satmayıb. Ona görə də bu mağazaya gələnlər burdan almadan qayıdırlar.
“Turaz.org” “onedio.com”a istinadən xəbər verir ki, Ərdoğan həftənin müəyyən günlərində dükanı açır. O bildirib ki, yaxın çevrəsindən insanlar belə nəsə almaq üçün onun mağazasına gələndə bir bəhanə ilə onları geri göndərib. Ərdoğan bu məhsulların ömrünün sonuna qədər piştaxtalarda qalacağını bildirib: ” 1971-ci ildən burdayam. Atam sağ olanda buranı dəbdəbəli dükan kimi etmək istəyirdim. Mən vitrinləri dəyişəcəkdim ki, o məni işdən qovdu . O gün bu gündür mağaza olduğu kimi qalıb. İstəsəm buranı bəzəyərəm, amma əlim gəlmir. Buradakı materiallar çox qədimidir. Onları görəndə köhnə günlərə qayıdıram. Ölənə qədər belə davam edəcəm, buradakı materialları satmayacağam.
“Buranın adı “Tapa bilmədim çarşı”sıdır, çünki insanlar axtardıqlarını tapa bilməyib, ən sonda bura gəlirlər”, – deyə Ərdoğan bildirib .
Son Xəbərlər
Zənginlik içində ucuzluq…
Orfoqrafik hərc-mərclik…
Evdə tək filminin qəhrəmanı: Makaley Kalkin kimdir?