Oktyabr 4, 2022

Bu gün 1988 ci ilde törədilən Sumqayıt hadisələrindən 33 il ötür

Sumqayıt hadisələri — 1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınlardir.Sumqayıt hadisələrinin əsas tədqiqatçılarından biri olan Eyruz Məmmədov müəyyən etmişdir ki, Sumqayıtda təxribat törədənlər SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, erməni kəşfiyyat orqanları və Daşnak partiyasının ekstremist qrupları idi. Maraqlı fakt burasındadır ki, Sumqayıtda baş verən hadisələrdən bir neçə gün əvvəl Moskvadan 36 nəfər SSRİ DTK-nın əməkdaşı gəlmişdi. Yerli agenturanın verdiyi məlumata görə, Sumqayıtda iğtişaşlar törətmək üçün şəhərə erməni millətindən olan ekstremist qrupları daxil olmaqda idi. Bu haqda Moskvadan gələn nümayəndələrə məlumat verildiklə, onlar hadisələrə müdaxilə etməyi yerli orqan işçilərinə qadağan etmişdilər.[11]Ermənistanın xüsusi xidmət orqanları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə birlikdə Sumqayıtda “Nalyotçik” (azərb. “Basqınçı”‎) kodu adı altında təxribat aparmağı planlaşdırmışdılar. “Nalyotçik” qrupunun üzvləri bunlar idi:Qriqoryan Albert Robertoviç — Eduard Qriqoryanın qardaşı, yetkinlik yaşına çatmayan gənclərə narkotik maddələr paylayır və onları erməni ailələrinə hücum etməyə çağırırdı.Qriqoryan Tiqran Robertoviç — Eduard Qriqoryanın qardaşı, gənclərə narkotik paylayır, qarətlə məşğul olurdu.Qriqoryan Ernest Robertoviç — Eduard Qriqoryanın qardaşı, iğtişaşlardan əvvəl azyaşlı uşaqları spirtli içkilərlə təmin edirdi.Saturyan Levon Akopoviç — Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşı. “Qarabağ” komitəsinin fəal üzvü. Milli zəmində baş verən hadisələrin təşkilatçılarından biri. Sumqayıtda “Krunk” cəmiyyətinin fəalları ilə mütamadi olaraq əlaqə saxlayır, informasiya toplamaqla məşğul olurdu.Sərkisyan Suren Yuryeviç — “Qarabağ” komitəsinin üzvü. Gəncləri iğtişaşlara səsləyirdi. “Krunk” cəmiyyətinə üzvlük haqqı ödəməyənlərin siyahısına əsasən gəncləri onların evlərinə basqın etməklə məşğul olurdu. Hadisələrdən sonra dərhal Daşkənd şəhərinə köçmüşdür.Markaryan Valeri — Bakı şəhərinin sakini, sürücü. İdarə etdiyi avtobusla Sumqayıtda 4 azərbaycanlını vurub öldürmüş və Bakını tərk etmişdir.Mosesov Eduard Nikolayeviç — “Kommunist” qəzetinin (erməni dilində) müxbiri. Sumqayıt hadisələrində video çəkilişlərin aparılması dislokasiyası ilə məşğul idi.Qriqoryan Artur — “Kommunist” qəzetinin (erməni dilində) müxbiri. Foto və video çəkilişlər aparırdı.Aqadlanyan Qriqori — “Kommunist” qəzetinin (erməni dilində) müxbiri. Video və foto çəkilişlər aparırdı.Qriqoryan Benik Setrakoviç — “Krunk” cəmiyyətinin fəal üzvü. Sumqayıt şəhəri, 9-cu mik-n, ev 25e, 5 saylı mənzilin sakini. Sumqayıt şəhəri, 9-cu mik-n, ev 36, 59 saylı mənzildə yaşayan Babayanın ev əşyalarını boşaltdıqdan sonra, hər iki mənzili yandırmış və günahı Quliyev Fəxrəddin Əhəd oğlunun üstünə atmışdır.Petrosyan Viktor Vartanoviç — 1959-cu il təvəllüdlü, 1-ci mik-n, ev 125/34, 28 saylı mənzilin sakini. Sumqayıtda gəncləri mitinqə təhrik edirdi.Petrosyan Vacik Vartanoviç — qardaşı Viktorla eyni tapşırığı yerinə yetirirdi.Qriqoryan Engels Cerkesoviç — “Krunk” cəmiyyətinin fəal üzvü. 1958-ci il təvəllüdlü, 3-cü mik-n, ev 52, 45 saylı mənzilin sakini. Sumqayıtda iğtişaşlar zamanı qarətlə məşğul olan qrupa rəhbərlik edirdi.Davidyan Anatoli Armaisoviç — “Qarabağ” komitəsinin üzvü. 1955-ci il təvəllüdlü, 1-ci məhəllə, ev 5a, 21 saylı mənzilin sakini. Gəncləri Sumqayıtın 3-cü mikrorayon ərazisinə toplamaqla məşğul idi.Zaxaryan Aram Aqanesoviç — 1959-cu il təvəllüdlü, 11 mik-n, ev 6, 25 saylı mənzilin sakini. İğtişaşlarda qarətlə məşğul olurdu.Maryan Zoya — “Krunk” cəmiyyətinin fəal üzvü. 1948-ci il təvəllüdlü, 7-8-12-ci məh-lə, ev 92a, 6 saylı mənzilin sakini. Sumqayıtda yaşayan ermənilər arasında vasitəçilik rolunu oynayırdı.Avakyan Sergey Qurgenovic — 41 məh-lə, ev 4a, 62 saylı mənzilin sakini. Gəncləri 3-cu mik-na yönəltməkdə fəallıq göstərib.Ambartsumyan Rudik Viktoroviç — 1958-ci il təvəllüdlü, “Qarabağ” komitəsinin üzvü. 41a məh-lə, ev 27, 30 saylı mənzilin sakini. Qarətlə məşğul olub.Melkumyan Edik Ambartsumoviç — 4-cü mik-n, ev 16/25, 26 saylı mənzilin sakini. Şayihələr yaymaqla məşğul olurdu. Bir sıra qarətlərdə iştirak edib.Ambartsumyan Valeri Mixayloviç — “Krunk” cəmiyyətinin fəal üzvü. 1959-cu il təvəllüdlü, 3-cü mik-n, ev 8, 3 saylı mənzilin sakini. Eduard Qriqoryanın yaxın silahdaşı olub.Ambartsumyan Djapolad Mixayloviç — 1967-ci il təvəllüdlü, 3-cü mik-n, ev 8, 8 saylı mənzilin sakini. Yeniyetmələri öz arxasınca aparırdı. Qarət və oğurluqla məşğul olub.Altunyan Qarik İsayeviç — 1964-cu il təvəllüdlü, 9-cu mik-n, ev 6, 6 saylı mənzilin sakini. Qarət və oğurluqla məşğul olub.Minasyan Albert — “Qarabağ” komitəsinin üzvü. 1939-cu il təvəllüdlü, 6-cı mik-n, ev 35, 4 saylı mənzilin sakini. Hansı mənzillərə hücum olunacağı haqqında gənclərə əvvəcədən məlumat verirdi.Tamrazyan Kamo Georgiyeviç — 1961-ci il təvəllüdlü, 45 məh-lə, ev 79, 73 saylı mənzilin sakini. Eduard Qriqoryanın qardaşlarına köməklik edir, narkotik və spirtli içkilər paylayırdı.Qriqoryan Artaş Masesoviç — 45-ci məh-lə, ev 1/48, 38 saylı mənzilin sakini. Ticarət obyektlərinin qarəti ilə məşğul olurdu.Arakelyan Valeri Sokratoviç — 7-8-12-ci məh-lə, ev 76, 40 saylı mənzilin sakini. Ev əşyalarının oğurlanması ilə məşğul olurdu.Arakelyan Sergey Sokratoviç — 7-8-12-ci- məh-lə, ev 76, 40 saylı mənzilin sakini. İğtişaşlarda gəncləri istiqamətləndirirdi.Gevorkyan Mixail Qriqoryeviç — “Krunk” cəmiyyətinin fəal üzvü idi. 45-ci məh-lə, ev 5, 18 saylı mənzilin sakini. Oğurluqla məşğul idi.Bomasyan Qoqar — 18-ci məh-lə, ev 16, 8 saylı mənzilin sakini. “Ermənilərə ölüm!” şüari ilə şayihələr yayır və camaatı mitinqə səsləyirdi.Ağababyan Zazyen Karlenoviç — 1955-ci il təvəllüdlü, 3-cü məh-lə, ev 6, 6 saylı mənsilin sakini. “Qarabağ bizimdir!”, “Ermənilərə ölüm!” deyə camaatı mitinqə səsləyirdi.Asatryan Slfvik Qriqoryeviç — “Krunk” cəmiyyətinin üzvü. 10-mik-n, ev 7, 46 saylı mənzilin sakini. İğtişaşların fəal üzvlərindən idi.Pxakadze Konstantin Mixayloviç — Abovyan, Ermənistan. “Nalyotcik”in ən fəal üzvlərindən idi. Stepanakert və Yerevanla əlaqə yaradırdı. Moskvadan gələn DTK-çıların əmrinə əsasən hərəkət edirdi. Hadisələrdən sonra Orta Asiyaya ezam olundu.Sərkisyan Suren Yuryeviç — “Qarabağ” komitəsinin üzvü. 1956-ci il təvəllüdlü, Stepanakert, Pioner kucəsi, ev 4. Hadisələrin gedişatı haqqında informasiya toplayırdı. Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqə yaradırdı.Petrosyan və Poqosyan — 1988-ci ildə Moskvada cinayət törədərək Azərbaycana gəlmişlər. Ümumittifaq axtarışında olublar. Sumqayıta maneəsiz gəlməkdə SSRİ DTK-sının köməyi olmuşdur. İğtişaşlar zamanı Qriqoryana yaxından köməklik göstəriblər.

Muxbir :Turaz.org xüsusi müxbiri Leyla Fərzəliyeva

Həmçinin bax:https://turaz.org/

Həmçinin bax:qafqazinfo.az/

Translate »