Oktyabr 20, 2021

Bu gün 2904 namizəd imtahan verəcək

Avqustun 26-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir. İmtahanlarda 2904 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Mənbə: AzEdu.az
Müxbir: turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçinin bax: https://kafkazh.com/her-boyuk-felsefenin-meydan-oxumasi/.

https://turaz.org/kenosha-atismasi-jacob-blake-hucumundan-sonra-yeni-etirazlar/

Translate »