Dekabr 5, 2022

Bu gün “Böyük yeddilik” Ukraynaya görə toplanır – AÇIQLAMA

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri bu gün Rusiyanın Ukraynaya hücumu ilə bağlı təcili toplantı keçirəcək.

 

Turaz.org xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt bildirib. İclas videoformatda baş tutacaq.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski toplantının başlanğıcında iştirak edəcək.

Bəs bu görüşdən gözləntilər nələrdir? Ekspertlər bu haqda nə düşünürlər? Görüş Ukrayna üçün müsbət təsir bağışlaya bilərmi?

Mövzu ilə bağlı siyasi ekspert Elman Vəliyev Turaz.org-a açıqlama verib.

” “Böyük yeddilik” (G7) ölkələrinin görüşdə Rusiyaya hərbi müdaxilə ediləcəyi ehtimalı yoxdur. Rusiyanı qınanılası format olacaq. Bir də Ukraynaya dəstələrini daha da artıracaqlarını dilə gətirərlər. Rusiya Qərblə qarşıdurma içində yaşamaq istəmir. Hətta Qərblə danışıqlar aparmağa, Amerikanın təhriklərinə uymamağa səsləyir. Ukrayna üçün müsbət təsir Rusiyanın öz fikrindən danşınması da ola bilər. Ya da Putin iqtidarı devrilərək yerinə gələn şəxs Putinin əksini edə və işğal edilmiş ərazilərdən geri çəkilə. Yəni Ukrayna üçün hazırkı situasiyada müsbət bir durum görmürəm. G7-nin içərisində Amerika da var. Ona görə Qərbi daha da təhrik edəcək. Hətta mən deyərəm ki, G7-nin 2 üzvü (Amerika, Yaponiya) xaric digərləri Rusiya ilə münasibətləri korlamaq istəmir. Qərb hələ də enerji sıxıntısı yaşamaqdadır”.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.

 

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Firuzə Məlikzadə 

 

 

Translate »