Bu gün ingilis dili müəllimi olmaq istəyənlər üçün imtahan keçirilir
Avqustun 28-də ingilis dili müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. İmtahanlarda 3363 namizədin iştirakı nəzərdə tutulur.
AzEdu.az-ın məlumatına görə, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.
Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə
Həmçinin bax;https://tehsilim.org/dovlet-imtahan-merkezinde-avqustun-29-da-sat-imtahani-kecirilecekdir/
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib