Oktyabr 4, 2022

Bu gün “Keşlə” UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

Bu gün paytaxtın “Keşlə” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ilk matçını keçirəcək.Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Albaniyanın “Laçi” klubunu qəbul edəcək.

Bu, rəqiblərin Avroliqada ikinci duelidir. 2015-2016-cı il mövsümündə – Bakı təmsilçisi “İnter” adlandırılan zamanı rəqibini mübarizədən kənarlaşdırıb. Avroliqada birinci təsnifat mərhələsinin Albaniyadakı

oyununda 1:1 bərabərliyə qalan komandalar Bakıda qolsuz heç-heçə edib və “İnter” səfər qolu sayəsində mərhələ adlayıb.

“ASK Arena”da keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kikaçeişvili olacaq.

Ona yan xətt hakimləri Davit Qabisoniya və David Axvlediani kömək edəcəklər. Dördüncü hakim funksiyasını İrakli Kvirikaşvili yerinə yetirəcək.

Matçın qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, “Keşlə”–“Laçi” matçı saat 21:00-da start götürəcək. Matç İTV kanalı vasitəsilə canlı yayımlanacaq. 

Mənbə:azertag.az

Müxbir:Turaz.org xüsusi müxbiri Məmmədova Zöhrə

Həmçinin bax:https://turaz.org/basketbol-uzre-konulluler-arasinda-yaris-kecirildi/

https://turaz.org/seher-merkezleri-pkk-terrorculardan-temizlendikden-sonra-kendlerde-cemlenmis-tedqiqatlar-sayesind-terror-teskilatinin-siginacaq-ve-siginacaq-saheleri-askar-edildi/

Translate »