Oktyabr 24, 2021

Bu gün “Neftçi” UEFA Avropa Liqasında birinci oyununu keçirəcək!

Bu gün Bakının “Neftçi” komandası UEFA Avropa Liqasında birinci oyununu keçirəcək.

Azərbaycan Premyer Liqasının ötən mövsümünün gümüş mükafatçısı “Neftçi” Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq.

“Bakcell Arena”da keçiriləcək görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Aleksandr Qolubev olacaq. Ona yan xətt hakimləri Raimonds Tatriks və Jevgenijs Morozovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirəcək.

Matçın qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, “Neftçi”–“Şkupi” matçı saat 20:00-da start götürəcək. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Mənbə: azertag.az

Müxbir:Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://turaz.org/novbeti-movsum-mxl-oyunlari-4-muxtelif-seherde-kecirile-biler/

https://turaz.org/atp-v-wta-turnirlerinde-yarimfinalcilar-mueyyenlesib/

Translate »