Sentyabr 30, 2022

Bu gün Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlir  

Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlir.

Turaz.org xəbər verir ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

Müxbir: Əzizə Əlizadə

Translate »