Bu gün şəhid Mayor Təbriz Musazadənin doğum günüdür.
Yaşasaydı 39 yaşını qeyd edəcəkdi.
1981-ci ilin 12 avqust günündə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində Tovuz və Tariyel Musazadələrin ailəsində anadan olan Təbriz Musazadə 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə uçuş texniki hazırlığın təlim mərkəzini, 2011-ci ildə Türkiyə Respublikasında Uçuş Təhlükəsizliyi kursunu bitirib.
36yaşlı şəhid pilot 2016-cı il aprelin 2-də Ermənistan-Azərbaycan qoşunlarının cəbhə xəttində gedən döyüşlərdə iştirak edib. Xidmət müddəti ərzində Azərbaycan Prezidenti adından və Azərbaycan Müdafiə Nazirinin əmri ilə 4 döyüş medalı ilə təltif edilib. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də qəhrəmancasına şəhid olub.
Xəbəri hazırladı:Fatimə Səmədzadə
Həmçinin bax: https://turaz.org/yeni-azerbaycan-partiyasinin-idare-heyetinin-videokonfrans-formatinda-novbeti-iclasi-kecirilib/
Həmçinin bax:https://turaz.org/bakinin-ictimai-iase-dovriyyesi-azalib/
Son Xəbərlər
Türkiyədə yeni təlimlər başlayıb, Azərbaycan hərbçiləri də iştirak edir
MN: “Azərbaycan Ordusunun bölmələri ermənilərin tibbi maşınına atəş açmayıb”
İsmail Demir: “Azərbaycanla ortaq layihələrimiz var”