Oktyabr 23, 2021

Bu gündən 65 yaş qadağası bərpa edilir

Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin bu gündən ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilib.

Turaz.org-un məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ qərargah qərar verib.

Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Translate »