Bu gündən məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün 5 günlük yaz tətili başlayıb.
Turaz.org xəbər verir ki, tətil mayın 5-dək davam edəcək.
Tətildən sonrakı ilk dərs günü mayın 6-dadır.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub.
Xatırladaq ki, pandemiya səbəbindən məktəblərdə tədris gec başladığından şagirdlərin payız və qış tətili ləğv edilmişdi. Ona görə də payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri idi.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür