“Bu günkü gənclik, sabahkı uğur”
“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti, şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Turizm Kollecinin tərafdaşlığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunan “Bu günkü gənclik, sabahkı uğur” forumu keçirilib. Forumda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Turizm Kollecinin direktoru Səid Salayev, əməkdaş, könüllü, tələbə və gənclər iştirak ediblər.
Görüşdə Azərbaycanın təhsil sistemindəki yeniliklər, xarici universitetlərlə yaradılan əməkdaşlıq və gənclərin xarici ölkələrdə təhsilini davam etdirmələri məsələsinə toxunulub.
Bununla yanaşı, gənclərin ixtisas peşə hazırlığı və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.
Mənbə:mys.gov.az
Müxbir:Aytac Cəfərova
Həmcinin bax https://kafkazh.com/olcu-vahidleri-ve-onlar-uzerinde-emeller/https://kafkazh.com/sumqayitin-pese-tehsil-merkezi-telebe-qebulu-elan-edib/
Son Xəbərlər
Azərbaycan Türkiyədə zərərçəkənlər üçün 2 min çarpayı ayırdı
Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib
Suriyadakı son vəziyyət