Dekabr 9, 2021

Bu il Azərbaycana gələn və gedənlərin sayı məlum olub

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələnlərin və gedənlərin sayı məlum olub.

Bu barədə Turaz.org Report-a istinadən məlumat verir.

Məlumata əsasən, cari ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1847 nəfər gələn, Azərbaycandan isə 355 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1492 nəfər təşkil edib.

Müxbir: Əzizə Əlizadə

Translate »