Oktyabr 21, 2021

Bu il Azərbaycanda 35 minə yaxın şəxsə əlillik təyin edilib

 

“Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib, o cümlədən 11 min şəxsə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb”.

Turaz.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: “Bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib”.

Müxbir: Əzizə Əlizadə

Translate »