Oktyabr 21, 2021

Bu il Azərbaycanda qaz hasilatı 8 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 24,1 milyard kubmetr qaz hasil edilib.

Bu barədə Turaz.org Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 12 milyard kubmetri “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 4,6 milyard kubmetri qaz hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 %, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/i-ve-iv-ixtisas-qrupu-uzre-ixtisas-secimi-edecek-abituriyentlerin-nezerine/

Həmçinin bax: tehsilim.org/babil-lovhesinde-tetbiqi-hendeseden-istifade-edilmenin-en-qedim-numunesi-tapilib/

Translate »