Oktyabr 4, 2022

Bu il Beyləqanda 26 min tondan çox pambıq istehsalı gözlənilir

Bu il Beyləqanda 26 min tondan çox pambıq istehsalı gözlənilirBeyləqan rayonunun pambıq tarlalarında son becərmə işləri aparılır.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ildə 3200 hektarı “Azərpambıq” MMC, 3888,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 835 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 8743,7 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Hazırda pambıq tarlalarında son becərmə işləri aparılır, qozaların formalaşması üçün bitkilərə bar suyu verilir. Eyni zamanda, təxminən bir neçə həftə sonra başlayacaq pambıq yığımına da hazırlıq görülür. Rayonda pambıq yığımına 45 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular məhsul yığımı üçün hazır vəziyyətə gətirilir. Bu mövsüm rayon üzrə 26 min tondan çox pambıq istehsalı gözlənilir.
Mənbə:azertag.az
Müxbir:Aytac Cəfərova

HƏMCININ bax https://kafkazh.com/cumhuriyyet-dovrunde-turk-felsefi-tefekkurunde-maarifcilik-ideyalarinin-inkisaf-tendensiyalari/https://kafkazh.com/informasiya-texnalogiyalari-it/

Translate »