Avqust 14, 2022

Bu il Naxçıvanda ÜDM-in istehsalı 3 milyard manatdan çox olub

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsas inkişaf göstəricisi sayılan ümumi daxili məhsul istehsalı 2020-ci illə müqayisədə 2021-ci ildə 2,4 faiz artaraq 3 milyard manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi 6 525 manat təşkil edib ki, bu da 2020-ci ildəki göstəricidən 3,4 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşüb.

Turaz.org xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib.

Ali Məclisin sədri qeyd edib ki, sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi və əlverişli biznes mühitinin yaradılması muxtar respublikanın istehsal potensialını və məşğulluq səviyyəsini yüksəldib. Cari ildə sahibkarlara 31 milyon manata yaxın kredit verilib.

Göstərilən maliyyə dəstəyi nəticəsində 120 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, il ərzində 52 hüquqi və 2 389 fiziki şəxs dövlət qeydiyyatına alınıb.

Müxbir: Əzizə Əlizadə

Translate »