Dekabr 4, 2022

Bu ixtisas üzrə təlimlərə sənəd qəbulu davam edir

Avtoyükləyici operator təliminə ərizə qəbulu elan olunur.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Turaz.org-a bildirilib ki, təlim iştirakçılarına avtoyükləyicinin quruluşu, mexanizmlər, sistem və aqreqatlarının iş prinsipləri öyrədiləcək. Təlim proqramı mühazirə (6 saat), qrup işi (23 saat) və praktiki məşğələlərdən (78 saat) ibarətdir.

İştirak etmək istəyən namizədlərin B kateqoriyasına aid sürücülük vəsiqəsi olmalıdır. Müraciətlər fevralın 28-dək telim@vet.edu.az  elektron ünvanına “Avtoyükləyici operator” başlığı ilə qəbul olunur.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət sertifikatı təqdim olunacaq. İlk uğurlu 20 namizədə təqaüd veriləcək. Təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (Məhsəti küçəsi 3, Bakı) təşkil olunacaq.

Xüsusi Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: turaz.org/sulhmeramlilar-irevana-azerbaycan-ordusu-xankendiye/

Translate »