Yanvar 26, 2022

Budapeşt meri Atletika üzrə dünya çempionatına veto qoymayacaq

Müxtəlif intensivliklə uzun sürən siyasi mübarizədən sonra, Budapeşt meri nəhayət, 2023-cü ildə Budapeştdə keçiriləcək Atletika üzrə Dünya Çempionatına veto qoymayacağını elan etdi.

Turaz.org xəbər verir ki, Gergely Karacsoni iddia edib ki, onun hər iki şərti nəhayət mərkəzi hökumət tərəfindən yerinə yetirilib, buna görə də tədbir üçün yaşıl işıq yandırılır.

Karacsoni çərşənbə axşamı etdiyi izahatına əsasən Atletika üzrə dünya çempionatına veto qoymamaq üçün iki şərt var idi:

  1. Hökumətdən 10 milyard HUF (27,3 milyon Avro) səhiyyə subsidiyasının gəlməsi;
  2. Hökumətin Tələbə Şəhərinin gələcək torpaqlarını Fudan Universitetini idarə edəcək fonda verməməsi.

Sağlamlıq müavinətləri geciksə də, indiyədək paytaxtın hesabına köçürülüb və Fudan layihəsi hələ də saxlanılıb.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/taliban-ozbekistan-hakimiyyetine-tehdid-olmadiqlarini-emin-edib
Həmçinin bax: kafkazh.com/beynelxalq-munasibetlerde-asiya-perspektivlerinin-esasilari

Translate »