Oktyabr 4, 2022

Bugünkü imtahanlara 1719 müəllim nəzarət edib

Bugünkü imtahanlara 1719 müəllim nəzarət edib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları, həmçinin II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanların təşkil edilməsi üçün ümumilikdə 75 imtahan binası, 1322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 227 imtahan rəhbəri, 1719 nəzarətçi–müəllim, 150 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi cəlb edilib.

Mənbə:azertag.az
Məmmədova Zöhrə

Həmçinin bax:https://www.turansam.org/bolum.php?id=2

Translate »