Oktyabr 28, 2021

Buraxılış imtahanlarında xarici dildən danışma qabilliyyətinin yoxlanılması nəzərdə tutula bilər.

“Bu il Azərbaycan dili – dövlət dili kimi imtahanında dinləyib anlama bacarığını yoxlamağı nəzərdə tutsaq da, pandemiya ilə əlaqədar daha qısa imtahan keçirdik”. Turaz.org AzEdu.az-a istinadən xəbər verir ki,bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O həmçinin qeyd edib ki, gələn il üçün buraxılış imtahanlarında xarici dildən danışma qabilliyyətinin yoxlanılması nəzərdə tutulsa, keçirə bilməyəcəklər: “Çünki bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur, ancaq indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Buna cəmiyyət də

hazır olmalıdır. Eyni zamanda, bizim üçün monitorinq imtahanlarını keçirmək vacibdir. Ancaq təəssüf ki, bu il pandemiya ilə əlaqədar V, VI, VII, VIII siniflərdə monitorinq imtahanlarını da keçirə bilmədik”.

Müxbir:Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Həmçin bax:https://turaz.org/azerbaycanda-hessas-ehali-qruplarindan-olan-abituriyentlerle-bagli-yenilik/

Həmçin bax:https://tehsilim.org/ali-tehsil-muessiselerine-telebe-qebulu-musabiqesinin-neticeleri-elan-olunub/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »